Janel Najafli

Haqqında:

Nəcəfli Canel İlham qızı 2002-ci il 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. Ana tərəfi əslən Şuşadandır. 2004-2007-cü illər ərzində xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrının fəal üzvü olmuşdur. Bu dövrdə Oqtay Zülfüqarov tərəfindən məhz onun üçün bəstələnmiş şeir və “Caneldir adım” mahnısını ifa etmişdir.

2008-ci ildə Bülbül adına OİMM-nin 1-ci sinfinə (skripka ixtisası üzrə) daxil olmuşdur. Oxuduğu müddət ərzində məktəbin ictimai həyatında fəal iştirak etmişdir.

III-V siniflərdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi məktəbin “Tutti” kamera orkestrinin, VI sinifdən etibarən      Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin üzvü olaraq I skripkaçıların konsertmeysteri olmuşdur.

Nəcəfli Canel hal-hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiya (Plzen) Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsillərinin II kursunu ən yüksən ballarla (A) başa vurmuş, müvəffəqiyyətlə III kursa keçmişdir. III-VI siniflərdə bəstəkarlıq ixtisası üzrə Ayaz Qəmbərlinin sinfində fakultativ qaydada dərs almışdır. Bəstələdiyi pyeslərlə mərhum bəstəkarımız Xalq Artisti Arif Məlikovun da iştirakı olmaqla bəstəkarlıq sinfinin konsertlərində çıxış etmişdir. Səhnədə ilk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko Festivalında olmuşdur.

 

İştirak etdiyi müsabiqə və festivallar:

 

2015-cı il: “Karavan Kulturi” adlı Beynəlxalq Müsabiqə-Festival, Polşa, «I»- yer


2016-cı il: “Josef Micka” adına festival-müsabiqə, Çexiya, Praqa Prokofyevin “Zoluşka” əsərinə görə Fəxri Diplom.


2016-cı il: “Rodniki duşi” adlı Respublika müsabiqəsi, Bakı şəhəri,  «I»- yer.


2016-cı il: V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” Beynəlxalq Festival.


2016-cı il: “Futures Stars” adlı Beynəlxalq müsabiqə, Bakı şəhəri, «I»- yer.


2017-cı il: “Testene Art Baku” Beynəlxalq müsabiqə, Bakı şəhəri,  «I»- yer.


2018-ci il: “Grumiaux” (keçmiş “Bravo”) Beynəlxalq müsabiqə, Brüssel, (Belçika),

 28 Mart-1 Aprel,  «III»-yer.


2018-ci il:  Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi, Bakı şəhəri, Aprel,  «I»- yer.


2019-cu il: Azad Əliyev adına violinçilərin I Beynəlxalq Müsabiqəsi, Bakı şəhəri, Fevral, «I»- yer.


2020-ci il: III Beynəlxalq “World Harmony” Müsabiqəsi, Bakı şəhəri, 17-24 Fevral, «I»- yer.


2020-ci il: Boulder Bach Festival, ABŞ, Kolodaro Ştatı, Audience Favorite.


Qarabağ Beynəlxalq Mədəniyyət və İncəsənət Müsabiqəsi, 2020, Azərbaycan, Duet, «III»-yer.


Canel Nəcəfli 39 ölkədən qatılmış 273 nəfərdən və “University” kateqoriyasında olan 49 nəfər arasında mükafatlandırılmış 10 nəfərdən biri oldu, Audience Favorite seçildi (münsif və dinləyici rəğbətini qazandı) və 2021- ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət aldı. Fəxr olunası məqamlardan biri də odur ki, ABŞ kimi derjavada 39 ölkədən bir neçə ölkənin nümayəndələri seçilib və bu ölkələr arasında bizim də ölkəmizin — Azərbaycanımızın adı çəkilib.

Nəcəfli Canel Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin təşkilatçılığı ilə yaradılmış “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlərdə dəfələrlə çıxış etmişdir.

2018-ci ildə X Qəbələ Beynəlxalq Festivalında “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilmiş konsertdə, həmçinin Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalında solo çıxışları olmuşdur.

Nəcəfli Canel müxtəlif tədbir və konsertlərdə çıxış edərək Təşəkkürnamə və Diplomlarla təltif olunmuşdur.

İstanbulda 2016-cı ildə Türk Dünyası Belgesel Film Festivalında Təşəkkürnamə verilmişdir. L. və M.Rostropoviçlərin ev muzeyində, AMEA-nın bir neçə tədbirində, 2018-ci il fevral ayında Böyük Britaniyanın Fövqəladə və Səlahiyyətli səfiri xanım 

Dr. Carole Crofts (Dr. Karol Krofts) iştirakı ilə British Business Group-un

Four Seasons hoteldə təşkil etdiyi tədbirdə uğurlu çıxışları olmuşdur.

2015-ci ildə Bülbül adına OİMM-nə həsr edilmiş filmdə çəkilmişdir.

2017-ci ilin noyabr ayında Müasir Azərbaycan Gənci verilişinə dəvət alaraq çıxış etmişdir.

17.12.2017-ci il tarixdə Bakıda Heydər Əliyev sarayında Azərbaycan Respublikasının Xalq Artisti Emin Agalarovun keçirdiyi “EMİN s orkestrom” adlı konsertdə skripkaçıların müşayət etdiyi orkestrdə ifa etmişdir.

15.02.2019-cu il tarixdə Leyla xanım Əliyevanın təşkil etdiyi “ZİMA” adlı layihədə orkestrə dəvət almışdır.

25.07.2019-cu il tarixdə Azərbaycan Respublikasının Xalq Artisti Emin Agalarovla JARA Festivalında skripkaçıların müşayət etdiyi orkestrdə ifa etmişdir.

16.02.2020-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Çexiyadan gəlmiş müəllimi Çexiya konservatoriyasının professoru Roman Fedçukla duet ortağı olaraq uğurla çıxış edərək görkəmli incəsənət xadimləri, Xalq Artistləri pianoçu Murad Adıgözəlzadə və dirijor Elşad Bağırovla səhnəni bölüşmüşdür.

2019-cu ilin sentyabr ayında “Azərbaycan müəllimi” qəzetində Canel haqqında geniş müsahibə verilmişdir. O, 2019-cu ilin tədris ilində Azərbaycan Respublikasında musiqi üzrə ali təhsil ocağına (Bakı Musiqi Akademiyasına) müsabiqədənkənar (imtahansız) qəbul edilmiş yeganə tələbə olub. Belə ki, AR Təhsil Nazirliyinin siyahısında skripkaçıların musabiqədənkənar Ali məktəbə qəbul olunması üçün məhz Belçikada keçirilən Grumiaux (keçmiş “Bravo”) müsabiqəsi qeyd edilmişdir. 2020-ci ilin avqustunda “Azərbaycan müəllimi” qəzetində ABŞ-dakı uğuru ilə bağlı daha bir müsahibə dərc edildi, həmçinin Kanal 5 internet TV-nin qonağı oldu.

2020-ci ildə əldə etdiyim nailiyyətlərə görə Çexiyada musiqi sahəsində “İlin adamı” seçilmiş və “Orfeus” mükafatına layiq görülmüşdür. Çexiyada Plzen şəhərində ilk dəfə idi ki, xarici tələbənin təqdimatı verilmişdi və ilk dəfə idi xarici tələbə bu mükafata layiq görülürdü.

Əlaqə üçün formanı doldurun

bizi izləyin